...

Azərbaycanda keçmiş vəzifəli şəxs evində arvadı ilə birgə öldürüldü (ƏLAVƏ OLUNUB)

Gündəm Materials 1 Mart 2024 11:08 (UTC +04:00)
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Martın 1-də səhər saat 10:30 radələrində Salyan rayonunun Kərimbəyli kəndində 1956-cı il təvəllüdlü İsrafil Məmmədov və həyat yoldaşı, 1963-cü il təvəllüdlü Münəvvər Məmmədovanın yaşadıqları evdə üzərlərində zorakılıq əlamətləri olan meyitlərinin olması barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Trend-ə verilən məlumata görə, hadisə ilə bağlı əməliyyat-axtarış tədbirləri görülür.

Əlavə məlumat veriləcəkdir.

XXX
10.50

Salyan rayonunun Kərimbəyli kəndində 2 nəfər qətlə yetirilib.

Trend xəbər verir ki, qətlə yetirilən şəxslər ər-arvad olub.

Belə ki, İsrafil Məmmədov və onun həyat yoldaşı Münəvvər Məmmədova gecə saatlarında baltalanaraq qətlə yetiriliblər.

İ.Məmmədov uzun illər Salyan Rayon Mərkəzi Xəstəxanasında şöbə müdiri kimi çalışıb. Törədilən hadisənin də qarət görə baş verdiyi ehtimal edilir.

Kənd sakinləri Trend-ə bildirib ki, hadisə gecə saatlarında baş verib. Öldürülən şəxslər evdə iki nəfər olublar. Evdəki qiymətli əşyalar oğurlanıb.

Xəbər lenti

Xəbər lenti