...

Marsda vulkan kəşf edildi: Onun içində həyat əlamətləri ola bilər

Gündəm Materials 18 Mart 2024 12:31 (UTC +04:00)
Marsda vulkan kəşf edildi: Onun içində həyat əlamətləri ola bilər
İlqar Şabanov
İlqar Şabanov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ-nin Texas əyalətində təşkil edilən 55-ci Ay və Planet Elmi Konfransında elm adamları Marsda nəhəng vulkan kəşf etdiklərini açıqlayıb.

Trend-in məlumatına görə, elm adamları 50 ildən artıqdır ki, Marsda vulkanın olduğuna diqqət yetirilmədiyi üçün bu yerin “gizli qaldığını” bildiriblər.

Vulkanın təqribən 450 kilometr enində, 9 min 22 metr hündürlüyündə olduğunu, vulkanın Tharsis vulkanik bölgəsinin şərq hissəsində, Marsın ekvatoruna yaxın olduğunu açıqlayıblar.

Elm adamları vulkanın dibinin yaxınlığında buzlaq təbəqəsinin qalıqlarını aşkar etdiklərini və bunun da bu vulkanı kosmosda həyat əlamətlərinin axtarışı üçün vacib bir yerə çevirdiklərini bildiriblər.

SETI İnstitutundan və NASA Ames Tədqiqat Mərkəzindəki Mars İnstitutundan planetşünas və tədqiqatın aparıcı müəllifi Dr. Paskal Li verdiyi açıqlamada, "Keçən il buzlaq qalıqları tapdığımız bölgənin geologiyasını araşdırırdıq, nəhəng və dərin eroziyaya uğramış bir vulkanın içində olduğumuzu anladıq" deyib.

Digər tərəfdən, araşdırmada ABŞ Kosmik və Aviasiya Agentliyinin (NASA) "Mariner 9", "Viking 1 və 2", Mars Global Surveyor, Mars Odyssey və Mars Reconnaissance Orbiter missiyalarından əldə edilən məlumatlar Avropa Kosmik Agentliyinin (ESA) Mars Express missiyasından istifadə edildiyi bildirilib.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti