...

Rusiya və İran XİN rəhbərləri Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər

Gündəm Materials 13 Aprel 2024 21:06 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Rusiyanın xarici işlər naziri Sergey Lavrov iranlı həmkarı Hüseyn Əmir Abdullahianla telefon danışığında İsrailin İranın Suriyadakı konsulluğuna zərbəsini kəskin şəkildə pisləyib.

Trend-in məlumatına görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

"Əsas diqqət Yaxın Şərqdəki vəziyyətə yönəldilib. Rusiya tərəfi bir daha İsrailin aprelin 1-də İranın Dəməşqdəki konsulluğuna hava zərbəsini kəskin şəkildə pislədiyini vurğulayıb", - deyə bildirilib. Danışıq zamanı qeyd olunub ki, toxunulmazlığı müvafiq Vyana Konvensiyaları ilə təmin edilən diplomatik və konsulluq obyektlərinə edilən hər hansı hücumlar qəti şəkildə qəbuledilməzdir.

Lavrov və Abdollahian beynəlxalq və regional gündəmdəki cari məsələlər üzrə yüksək səviyyədə koordinasiyanın saxlanmasına sadiq olduqlarını təsdiqləyiblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti