...

Muxtar Babayev Avropa İnvestisiya Bankının rəhbəri ilə görüşüb

Gündəm Materials 19 Aprel 2024 00:44 (UTC +04:00)
Muxtar Babayev Avropa İnvestisiya Bankının rəhbəri ilə görüşüb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un Prezidenti Muxtar Babayev Vaşinqtonda Avropa İnvestisiya Bankının rəhbəri Nadia Kalvino ilə görüşüb.

Trend-in məlumatına görə, bu barədə COP29-un "X" sosial şəbəkəsindəki səhifəsində bildirilib.

Məlumata əsasən, görüş Beynəlxalq Valyuta Fondu və Dünya Bankı Qrupunun keçirdiyi yaz toplantısı çərçivəsində İqlim Fəaliyyəti üzrə Maliyyə Nazirləri Koalisiyasının 11-ci iclası çərçivəsində baş tutub.

Bildirilib ki, Avropa İnvestisiya Bankı və digər çoxtərəfli inkişaf bankları iqlim maliyyələşdirməsini daha əlverişli və daha əlçatan edərək daha çox miqyasda açmaqda mühüm rola malikdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti