...

Ermənistanın mina terroru ən böyük bəşəri cinayətlərdəndir (VİDEOMÜSAHİBƏ)

Gündəm Materials 30 May 2024 20:28 (UTC +04:00)
Ermənistanın mina terroru ən böyük bəşəri cinayətlərdəndir (VİDEOMÜSAHİBƏ)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMT İP) birgə təşkilatçılığı ilə ənənəvi beynəlxalq humanitar minatəmizləmə konfransı öz işinə başlayıb. Azərbaycanın təşəbbüsü ilə bu konfrans 3-cü dəfədir keçirilir. Azərbaycan qlobal səviyyədə minalanmaya qarşı mərkəz stasusunu qazanıb. Azərbaycan dünyada minalanmadan ən çox əziyyət çəkən ölkədir. Ölkə ərazisinin 12 faizi minalarla və partlamamamış sürsartlarla çirklənib. Bu, kənd təsərrüfatı üçün yararlı torpaq fondunun 28 faizi deməkdir.

Məsələni Trend-ə şərh edən hərbi ekspert Azər Bayramov bildirib ki, bu gün işğaldan azad olunmuş əraziləri öz hesabına əsaslı bərpa edən və yenidən quran Azərbaycan mina probleminin həllinə də böyük vəsaitlər sərf etmək məcburiyyətindədir.

"Azərbaycan Ermənistanın mina terroruna görə illərdi ki, əziyyət çəkir. Lakin Ermənistan buna görə cəzasız qalır. Dünyada az sayda ölkə var ki, mina istehsal edir. Həmin ölkələrdən biri də Ermənistandır. Bu günə qədər işğaldan azad edilən torpaqlarımızda onlarla vətəndaşımız minaya düşərək yaralanıb və həlak olub. Təəssüf ki, bir çox dünya ölkələri və təşkilatları Azərbaycanın üzləşdiyi mina probleminə etinasız yanaşır", - deyə ekspert qeyd edib.

Qeyd edək ki, 2020-ci ildə müharibə başa çatandan bu günə qədər 361 vətəndaşı mina qurbanı olub. Onlardan 68-i həlak olub, 293-ü isə ağır yaralanıb. Ümumilikdə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün başladığı dövrdən indiyədək 3400-dən çox vətəndaşımız minalardan zərər çəkib, onlardan 358-ni uşaqlar, 38-ni isə qadınlar təşkil edir.

Daha geniş videomüsahibəni təqdim edirik:

Məqalədə:
Xəbər lenti

Xəbər lenti