...

Blinken Qəzzada tezliklə atəşkəs əldə olunmasının vacibliyini vurğulayıb

Gündəm Materials 10 Avqust 2024 05:12 (UTC +04:00)
Blinken Qəzzada tezliklə atəşkəs əldə olunmasının vacibliyini vurğulayıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ dövlət katibi Antoni Blinken hesab edir ki, Qəzza zolağında tezliklə atəşkəs əldə etmək girov problemini həll etmək və Yaxın Şərqdə vəziyyəti sabitləşdirmək üçün zəruridir.

Trend-in məlumatına görə, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.

"Dövlət katibi Qəzzada girovların azad edilməsini təmin edəcək, humanitar yardımın artırılmasına imkan verəcək və daha geniş regional sabitlik üçün şərait yaradan atəşkəsə nail olunmasının təcili zərurətini təkrarlayıb", - deyə A.Blinken İsrail müdafiə naziri Yoav Qalant ile telefon danışığı zamanı bildirib.

Tərəflər regionda gərginliyin azaldılması istiqamətində davam edən səyləri müzakirə ediblər və A.Blinken “Birləşmiş Ştatların İsrailin təhlükəsizliyinə güclü sadiqliyini təsdiqləyib”. Dövlət Departamenti qeyd edib ki, onlar “münaqişənin gərginləşməsi niyə hər iki tərəfin maraqlarına cavab vermir” sualına toxunublar və dövlət katibi regionda tezliklə diplomatik həllin tərəfdarı olduğunu bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti