...

Özbəkistanda parlament seçkiləri beynəlxalq standartlara uyğun keçirilir - MSK sədri

Gündəm Materials 27 Oktyabr 2024 12:09 (UTC +04:00)
Özbəkistanda parlament seçkiləri beynəlxalq standartlara uyğun keçirilir - MSK sədri
Aydan Ələsgərli
Aydan Ələsgərli
Bütün xəbərlər

Daşkənd. Trend:

Özbəkistanda parlament seçkiləri tam beynəlxalq standartlara uyğun keçirilir.

Trend xəbər verir ki, bu barədə Özbəkistan Mərkəzi Seçki Komissiyasının (MSK) mətbuat mərkəzində keçirilən brifinqdə MSK sədri Zayniddin Nizamxocayev bildirib.

"İndiyədək daxil olan məlumata görə, seçkilər yüksək əhval-ruhiyyədə, milli seçki qanunvericiliyinə, eləcə də beynəlxalq norma və standartlara, aşkarlıq, şəffaflıq və ədalətlilik kimi demokratik prinsiplərə tam uyğun şəkildə keçirilir", - deyə p qeyd edib.

Onun sözlərinə görə, parlament seçkilərini 800-dən çox xarici və beynəlxalq müşahidəçi izləyir. Həmçinin siyasi partiyalardan 55 min, vətəndaşların özünüidarə orqanlarından isə 10 mindən çox müşahidəçi iştirak edir.

"İndiyədək MSK-ya səsvermə zamanı seçki qanunvericiliyinin pozulması ilə bağlı hər hansı məlumat daxil olmayıb", - deyə MSK sədri əlavə edib.

Qeyd edək ki, oktyabrın 27-də Özbəkistanda Ali Məclisin (parlament) Qanunvericilik Palatası və yerli şuralara deputat seçkiləri keçirilir.

Seçki məntəqələri saat 08:00-dan 20:00-dək açıqdır və ilkin nəticələr oktyabrın 28-də elan olunacaq.

Seçkilərdə beş partiya iştirak edir: Sahibkarlar və İş Adamları Hərəkatı - Özbəkistan Liberal Demokrat Partiyası, "Milliy tiklaniş" Demokrat Partiyası, Ekoloji Partiyası, Xalq Demokratik Partiyası və "Adolat" Sosial Demokrat Partiyası.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti