...

Postmüharibə dövründə şəhid ailələri üzvləri və müharibə iştirakçılarına göstərilən xidmətin sayı məlum olub

Gündəm Materials 9 Aprel 2025 11:00 (UTC +04:00)
Postmüharibə dövründə şəhid ailələri üzvləri və müharibə iştirakçılarına göstərilən xidmətin sayı məlum olub
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Möhtəşəm Zəfər əldə etdiyimiz 44 günlük Vətən müharibəsindən sonrakı dövrdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi şəhid ailəsi üzvü və müharibə iştirakçısı olan 26,2 min şəxsin məşğulluğuna dəstək göstərib.

Trend xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Bildirilib ki, onlardan 12,4 min şəxs özünüməşğulluq proqramına cəlb olunub və Agentlik tərəfindən aktivlərlə təmin edilməklə kiçik biznesləri qurulub.

"Digərləri münasib iş yerləri ilə təmin edilib, habelə peşə hazırlığı kurslarına cəlb edilib. Kursları bitirən şəxslərin məşğulluğunun təminatı üçün də işlər görülüb",- deyə məlumatda qeyd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti