...

Azərbaycan və İsveçrə arasında səhiyyə sahəsində əməkdaşlıq müzakirə edilib (FOTO)

Gündəm Materials 19 May 2025 12:15 (UTC +04:00)
Azərbaycan və İsveçrə arasında səhiyyə sahəsində əməkdaşlıq müzakirə edilib (FOTO)
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Səhiyyə Nazirliyində İsveçrə Konfederasiyasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Tomas Şteli ilə görüş keçirilib.

Trend xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlkumat yayıb.

Bildirilib ki, qonaqları salamlayan səhiyyə naziri Teymur Musayev ölkələrimiz arasında səhiyyə və tibb elmi sahəsində əməkdaşlıq üçün imkanların olduğunu qeyd edib. İsveçrənin əczaçılıq və tibb avadanlıqlarının istehsalı və satışı üzrə dünyanın aparıcı ölkələrindən biri olduğunu bildirən Teymur Musayev bu sahədə də əlaqələrin inkişafı üçün potensialın mövcudluğunu diqqətə çatdırıb.

Çıxışının sonunda Azərbaycanın səhiyyə naziri gələcəkdə əməkdaşlığın daha da inkişaf etdiriləcəyinə əminliyini ifadə edib.

Öz növbəsində Tomas Şteli ölkələrimiz arasında 1992-ci ildən etibarən diplomatik əlaqələr qurulduğunu və bu müddət ərzində İsveçrə və Azərbaycan dövlətləri arasında əməkdaşlığın müsbət dinamika ilə inkişaf etdiyini diqqətə çatdırıb.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti