...

Azərbaycan musiqilərini oğurlayan erməni qarmonçunun ifaları “YouTube”dan silinib

Gündəm Materials 22 May 2025 11:08 (UTC +04:00)
Azərbaycan musiqilərini oğurlayan erməni qarmonçunun ifaları “YouTube”dan silinib
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan mahnılarının müsiqilərini popuri şəklində qarmonda ifa edərək erməni mahnısı kimi təqdim edib qarmon ifaçısı Gagik Stepanyan ifaları “YouTube”dan silinib.

Trend xəbər verir ki, bu barədə Əqli Mülkiyyət Agentliyi məlumat yayıb.

Bildirilib ki, erməni qarmon ifaçısı Gagik Stepanyan “Bəs nə deyim”, “Ay bəri bax”, “Niyə yox deyirsən” və “Güman yeri var” Azərbaycan mahnılarının müsiqilərini popuri şəklində qarmonda ifa edərək erməni mahnısı kimi təqdim edib və “YouTube” səhifəsində yerləşdirib. G.Stepanyan mahnıların adlarını və onların müəlliflərinin adlarını qeyd etməyib.

Qeyd edilən məsələ ilə bağlı Əqli Mülkiyyət Agentliyi tərəfindən həyata keçirilən tədbirlər nəticəsində rəqəmsal şəbəkələrdə müəlliflərin, ifaçıların və fonoqram istehsalçılarının əmlak hüquqlarını kollektiv əsasda idarə edən “Rəqəmli və Audiovizual Yayım Sənayesi” İctimai Birliyinin (RAYS) texniki yardımı ilə erməni qarmon ifaçısı Gagik Stepanyan ifası “YouTube”un qeyd edilən səhifəsindən silinib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti