...

Bu rayonun 10 kəndində qaz olmayacaq

Gündəm Materials 21 İyul 2025 17:02 (UTC +04:00)
Bu rayonun 10 kəndində qaz olmayacaq
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Sabirabadın 10 kəndinin qaz təchizatında fasilə yaranacaq.

Trend xəbər verir ki, bu barədə Salyan Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.

Bildirilib ki, diametri 315 mm olan “Ulacalı-Qaragüney” ortatəzyiqli yeraltı qaz kəməri və üzərindən ayrılan qollarında kipliyin sınağı məqsədilə əlaqədar iyulun 22-si saat 10:00-dan etibarən sınaq işləri başa çatanadək Sabirabad rayonunun Ulacalı, Bulduq, Ətçələr, Həşimxanlı, Axtaçı-Muğan, Qaratoğay, Gügəcühür, Osmanlı, Şıxsalahlı, Qaragüney kəndlərində (ümumi 5293 abonent) qaz təchizatının daxildən dayandırılması planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti