...

Sabirabadda narkotiklərin satışını təşkil edən 8 nəfər saxlanılıb

Gündəm Materials 4 Fevral 2026 10:29 (UTC +04:00)
Sabirabadda narkotiklərin satışını təşkil edən 8 nəfər saxlanılıb
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Sabirabadda narkotiklərin satışını təşkil edən 8 nəfər saxlanılıb.

Trend-in məlumatına görə, Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Fariz Babayev, Pərvin Fərəcov, Şakir Abasov, Ramil Məmmədov, Elnur Qənizadə, Rizvan Kərimov, Əlyar Cəbrayılov və Səfər Əlizadə saxlanılıblar.

Adıçəkilən şəxslərdən külli miqdarda, metamfetamin, heroin və marixuana aşkarlanıb.

Faktlarla bağlı cinayət işləri başlanılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbirləri seçilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti