...

Rəşad Nəbiyev Salyanda vətəndaşları qəbul edəcək

Gündəm Materials 10 Fevral 2026 11:21 (UTC +04:00)
Rəşad Nəbiyev Salyanda vətəndaşları qəbul edəcək
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev 13 fevral 2026-cı il tarixində saat 09:00-da Salyan şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Hacıqabul, Salyan, Neftçala rayonlarının, həmçinin Şirvan şəhərinin sakinlərini qəbul edəcək.

Trend xəbər verir ki, bu barədə RİNN məlumat yayıb.

Bildirilir ki, nazir bu bölgələrdə göstərilən nəqliyyat, telekommunikasiya, o cümlədən internet, teleradio yayımı və poçt xidmətləri sahəsində əhalini maraqlandıran məsələlərlə bağlı vətəndaşları dinləyəcək.

Qəbula 12 fevral 2026-cı il tarixinə qədər Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Çağrı mərkəzi (1655) və elektron poçtu ([email protected]), 010 250 48 48 və 012 598 58 58 (daxili 222 və 290) nömrəli telefonlar vasitəsilə yazılmaq mümkündür.

Qeyd edək ki, qəbul mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumları rəhbərlərinin şəhər və rayonlarda fevral ayı üzrə vətəndaşların qəbulu cədvəlinə əsasən həyata keçiriləcək.

Vətəndaşlar qəbula yazılmış şəxslərin əvvəlcədən tərtib edilmiş siyahısı əsasında qəbul ediləcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti