...

Lənkəranda qida zəhərlənməsindən bir ailə xəstəxanaya yerləşdirilib

Hadisə Materials 20 Sentyabr 2007 13:39 (UTC +04:00)

Azərbaycan, Lənkəran / Trend , müxbir P.Əliyeva/ Lənkəran rayonunda qida zəhərlənməsindən bir ailə xəstəxanaya yerləşdirilib. Trend in bölgə müxbiri Lənkəran rayon Mərkəzi Xəstəxanasının yolxucu xəstəliklər şöbəsinin müdiri Zəfər Fərzəliyevə istinadən məlumat verib ki, rayonun Şağlaküçə kəndindən qida zəhərlənməsi ilə bir ailədən 3 nəfər sentyabrın 19-u axşam saatlarında qusma, ishal və yüksək hərarətlə xəstəxanaya gətirilib.

Xəstələr 1930-cu il təvəllüdlü Xoşqədəm Əhmədova, gəlini 1982-ci il təvəllüdlü Samirə Rzayeva və qızı 1952-ci il təvəllüdlü Mixək Sadıqovadır.

Şöbə müdirinin bildirdiyinə görə, xəstəxanaya yerləşdirildikdən sonra onlarda bakterioloji müayinələr aparılıb. İlkin nəticələr sabah məlum olacaq. Xəstələr zəhərlənmədən öncə üzüm, pendir və pomidor yediklərini bildiriblər. Xəstələrin vəziyyəti orta-ağırdır.

Son bir ayda Azərbaycanda 3 toy şənliyində kütləvi zəhərlənmə qeydə alınıb.

Lənkəran paytaxt Bakıdan 265 kilometr cənubda yerləşir.

Xəbər lenti

Xəbər lenti