...

Bərdədə oğurluq halları artıb

Hadisə Materials 29 Sentyabr 2007 11:10 (UTC +04:00)

Azərbaycan, Bərdə / Trend , müxbir Ş.Cəliloğlu/ Bərdə rayonunun Səməd Vurğun küçəsində oğurluq hadisəsi baş verib. Trend in bölgə müxbirinin məlumatına görə, rayon sakini Hüseynova Qəndəba məxsus evdən naməlum şəxslər çoxlu sayda qızıl-ziynət əşyaları, 2000 dollar pul və məişətdə istifadə olunan texniki avadınlıqlar götürülüb. Ev sahibinin sözlərinə görə, oğurluq baş verən zaman evdə heç kim olmayıb.

Son 20 gün ərzində Bərdə rayonunda 10-a yaxın oğurluq hadisəsi baş verib.

Bərdə paytaxt Bakıdan 320 kilometr cənub-qərbdə yerləşir.

Xəbər lenti

Xəbər lenti