...

"Lukoyl"un yanacaqdoldurma məntəqəsinə maskalılar basqın edib

Hadisə Materials 31 Oktyabr 2007 10:13 (UTC +04:00)
"Lukoyl"un yanacaqdoldurma məntəqəsinə maskalılar basqın edib

Azərbaycan, Bakı/ Trend müxbir K.Zərbalıyeva, E.Hüseyinli/ Oktyabrın 30-dan 31-nə keçən gecə Bakının Nizami rayonu ərazisində, H. Əliyev prospektindəki "Lukoyl" yanacaqdoldurma məntəqəsinə maskalılar basqın edib.

Nizami Rayon Polis İdarəsinin 23-cü polis bölməsindən çərşənbə günü Trend ə bildirilib ki, naməlum maskalı şəxslər yanacaqdoldurma məntəqəsinin işçilərindən birinə ağır bədən xəsrəti yetirib və böyük məbləğdə pul götürüblər.

Basqın edənlərin kimliyini hələlik müəyyən etmək mümkün olmayıb. Onların tapılması üçün üçün əməliyyat-axtarış tədbirləri aparılır.

Faktla bağlı Nizami RPİ-nin 23-cü polis bölməsi araşdırma aparır.

Bu fakt son yarım ayad resbublikada dördüncü, Bakıda isə isə ikincidir.

Bir müddət öncə Gəncədə "Azərpoçt"un Gəncə Filialına, "Masallı" Mebel fabrikinin Gəncədəki filialına naməlum şəxslər basqın edib. Həmin basqınları törədən şəxsləri müəyyən etmək mümkün olmayıb.

Xəbər lenti

Xəbər lenti