...

Xanların orta məktəbində yanğın baş verib

Hadisə Materials 20 Noyabr 2007 14:37 (UTC +04:00)

Azərbaycan, Gəncə / Trend , müxbir V.Məmmədov/ Azərbaycanın Xanlar rayonunda çərşənbə axşamı orta məktəb binası yanıb. Paytaxt Bakıdan 380 kilometr qərbdə yerləşən Xanlar rayonunda orta məktəbdə baş verən yanğın zamanı dörd sinif otağının çardağı tamamilə yanıb. Xanlar rayon Yanğından Mühafizə Hissəsinin rəisi Zabit Şahmuradov bildirib ki, min kvadratmetr sahəsi olan Nadel kənd orta məktəbində səhər saat 06:30 radələrində güclü yanğın hadisəsi qeydə alınıb. Yanğınsöndürənlərin səyi ilə, saat 07:30-da alovu söndürmək mümkün olub.

Yanğın zamanı məktəbdə heç kəs olmadığından, xəsarət qeydə alınmayıb. Şahmuradovun sözlərinə görə, məktəbin sinif otaqlarının qızdırılmasında odun sobalarından istifadə edilir, İlkin ehtimallara görə, yanğın məhz bu səbəbdən baş verib. Hadisə ilə bağlı araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti