Azərbaycan, Bakı/ Trend müxbir K.Zərbaliyeva/ Azərbaycan Ordusunun əsgəri yol qəzasında həlak olub.
Daxili İşlər Nazirliyindən çərşənbə günü Trend ə verilən məlumata görə, noyabrın 27-də saat 00.10 radələrində Babək rayonunun Nehrəm kəndində Culfa rayon sakini Qadir Allahverdiyev "Qazel" markalı avtomaşını idarə edərkən onu yolun kənarında dayanmış Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinə məxsus "QAZ-66" markalı avtomaşına vurub. Qəza zamanı "QAZ-66" markalı avtomaşının sərnişini, həmin hərbi hissənin qulluqçusu Elçin Bağırov və Allahverdiyevin sərnişini, Culfa rayon sakini Tofiq İsmayılov hadisə yerində ölüblər.
Faktla bağlı Babək rayon polis şöbəsində araşdırma aparılır.