...

Şəki rayonunda bir qadın özünə qəsd etməyə cəhd edib

Hadisə Materials 7 Sentyabr 2008 21:53 (UTC +04:00)

Azərbaycan, Şəki, 7 sentyabr/ Trend , müxbir E.Quliyev/ Azərbaycanın Şəki rayonunun Zunud kəndində 1979-cu il təvəllüdlü İrşad Rəfael qızı özünü yandıraraq öldürmək istəyib.

Yerli polis təhqiqatçısı Mextixan Qəribovun sözlərinə görə, gecə saat 3-4 radələrində baldızı ilə savaşdıqdan sonra üzərinə yanacaq tökərək özünü yandırıb.

Yerli xəstəxanadan verilən məlumata görə, xəstənin vəziyyəti ağır olaraq qalmaqdadır.

Faktla bağlı AR CM-nin 125-ci maddəsi ilə cinayət işi açılıb.

Şəki respublikanının şimal-qərbində paytaxtdan 352 km məsafədə yerləşir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti