...

Bakı sakininə qarşı soyğunçuluq edilib

Hadisə Materials 9 Sentyabr 2008 18:03 (UTC +04:00)

Azərbaycan, Bakı, 09 sentyabr / Trend , müxbir S.Kazımlı / Bakının Nizami rayonunun ərazisində soyğunçuluq hadisəsi baş verib.

Nizami rayon Polis İdarəsinin (RPİ) 25 -ci polis bölməsindən çərşənbə axşamı Trend - a verilən məlumata görə, avqustun 7-də saat 23:00 radələrində üç nəfər naməlum şəxs Çobanzadə küçəsindəki 5 saylı binanın qarşısında, həmin binada yaşayan 1974-cü il təvəllüdlü Zaur Ağabəyova zor tətbiq edərək, onun mobil telefonunu və 240 manat pulunu alaraq, hadisə yerindən qaçıblar.

Polis bölməsindən bildiriblər ki, hazırda həmin şəxslərin tutulması üçün əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Faktla bağlı Nizami RPİ-nin 25 -ci polis bölməsində təhqiqat aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti