...

Qəzaya uğrayan Boeing-737 - də 21 əcnəbi vətəndaş olub

Hadisə Materials 14 Sentyabr 2008 14:03 (UTC +04:00)

Rusiya, Moskva, 14 sentyabr / Trend , müxbir R. Ağayev/ Permdə qəzaya uğrayan Boeing-737 - də 21 əcnəbi vətəndaş olub. Həlak olanlar arasında Ukraynadan beş, Fransa, İsveçrə, Latviya, ABŞ, Almaniya, Türikyə və İtaliyadan bir, Azərbaycandan isə doqquz vətəndaş olub.

"Moskva-Perm" 821 reysi "Aeroflot" şirkətinin törəmə müəssisəsi olan "Agroflot Nord" avia şirkəti tərəfindən həyata keçirilir. Təyyarə paytaxtdan Moskva vaxtı ilə saat 01:10-da havaya qalxıb və iki saatdan sonra yerə enmə zamanı, 1 500 metr hündürlükdə onunla əlaqə kəsilib. FHN-nin məlumatına görə, təyyarə düşən zaman yerə dəyib və yanmağa başlayıb. Boeing-737 təyyarəsi dəmir yolu üzərinə düşüb. Təyyarənin qalıqları 4 km radiusunda yayılıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti