...

"Aeroflot" Boeing-737- nin qəzası zamanı həlak olanların ailələrinə kompensasiya ödəyəcək

Hadisə Materials 14 Sentyabr 2008 15:30 (UTC +04:00)

Rossiə, Moskva, 14 sentəbrə /korr. Trend R. Aqaev/"Aeroflot - Rusiya hava yolları" avia şirkəti Permdə Boeing-737- nin qəzaya uğraması nəticəsində həlak olanların yaxınlarına hər ölən şəxsə görə, 2 mln. rubladək kompensasiya ödəyəcək. Bu barədə avia şirkətin mətbuat xidmətindən məlumat verilib.

Həlak olanların yaxınlarına kompensasiyanı "Moskva" sığorta şirkəti ödəyəcək.

"Moskva-Perm" 821 reysi "Aeroflot" şirkətinin törəmə müəssisəsi olan "Agroflot Nord" avia şirkəti tərəfindən həyata keçirilib. Təyyarə paytaxtdan Moskva vaxtı ilə saat 01:10-da havaya qalxıb və iki saatdan sonra yerə enmə zamanı, 1 500 metr hündürlükdə onunla əlaqə kəsilib. FHN-nin məlumatına görə, təyyarə düşən zaman yerə dəyib və yanmağa başlayıb. Boeing-737 təyyarəsi dəmir yolu üzərinə düşüb. Təyyarənin qalıqları 4 km radiusunda yayılıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti