Azərbaycan, Bakı, 08 noyabr / Trend , müxbir S. Kazımlı / Bakının Sabunçu rayonu ərazisində 38 yaşlı kişi meyiti tapılıb.
Bu barədə Sabunçu rayon Prokurorluğundan şənbə günü Trend - a məlumat verilib.
Məlumata görə, noyabrın 7 - də səhər saatlarında Bilgəh qəsəbəsində yerləşən bağın yaxınlığında 38 yaşlı Bakı sakini Samir Rəfail oğlu Məmmədovun meyiti aşkar edilib. Meyitin üzərində zorakılıq əlamətləri aşkarlanmayıb. Məmmədovun ölümünün səbəbinin müəyyən edilməsi üçün, meyit məhkəmə -tibb ekspertizasına göndərilib.
Faktla bağlı Sabunçu rayon Prokurorluğunda araşdırma aparılır.
Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]