Azərbaycan, Bakı, 17 noyabr/ Trend / Bazar ertəsi İndoneziyada baş verən 7,7 bal gücündə zəlzələ zamanı zərərçəkənlər arasında azərbaycanlılar yoxdur.
Azərbaycanın İndoneziyadakı səfirliyindən bazar ertəsi telefonla Trend -a bildiriblər ki, Zəlzələ İndoneziyanın şərq hissəsində baş verib, azərbaycanlıların əksəriyyəti isə Cakartada yaşayır.
İndoneziya Milli Metrologiya və Geofizika İdarəsi zəlzələ nəticəsində sunami ola biləcəyi baradə xəbərdarlıq edib.
İndoneziyalı mütəxəssislərin məlumatlarına görə, yeraltı təkanın episentri Qorontalo şəhərindən 138 km şimal-qərbdə Sulavesi dənizində, 10 km dərinlikdə olub.
Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]