...

Bakı sakini narkotik maddədən zəhərlənərək ölüb

Hadisə Materials 3 Dekabr 2008 15:08 (UTC +04:00)

Azərbaycan, Bakı, 03 dekabr / Trend müxbir S.Kazımlı / Bakı sakini zəhərlənmədən ölüb. Mərhumun narkotik maddədən zəhərləndiyi bildirilir. Bu barədə Nəsimi rayon Polis İdarəsinin 20-ci polis bölməsindən çərşənbə günü Trend -a məlumat verilib.

Polis bölməsindən bildiriblər ki, dekabrın 2-də gecə saat 05:00 radələrində Parlament prospekti ev 2, mənzil 12 ünvanda yaşayan 32 yaşlı Toğrul Arif oğlu Məmmədov zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzə aparılarkən xəstəxananın qarşısında ölüb. İlkin ehtimallara görə, Məmmədov qəbul etdiyi narkotik maddədən zəhərlənib. Faktla bağlı araşdırma aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti