...

Azərbaycanın şimal - qərb bölgəsində donvurmadan bir nəfər ölüb

Hadisə Materials 18 Dekabr 2008 18:06 (UTC +04:00)

Azərbaycan, Şəki, 18 dekabr / TrendNe, müxbir S.Fətəliyev/ Azərbaycanın şimal - qərbində kişi meyiti tapılıb. Mərhumun donvurmadan öldüyü bildirilir. Bu barədə cümə axşamı Trend -a Şəki rayon Prokurorluğundan məlumat verilib.

Trend - un arayışı: Dekabrın 16 - da saat 20:00 radələrində Əzizbəyov rayonunun Şüvəlan qəsəbəsində təxminən 60-65 yaşlı kişi donvurma diaqnozu ilə 26 saylı xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib və orada ölüb.

Prokurorluqdan bildiriblər ki bu gün, Şəki rayonunun (Bakının 360 kilometrliyində yerləşən) Kiş kəndində su arxının içində 39 yaşlı rayon sakini Eldar Şirinovun meyiti aşkar edilib. İlkin ehtimala görə, mərhum donvurmadan ölüb.

Faktla bağlı Şəki rayon Prokurorluğunda araşdırma aparılır.

Məqalə müəllıfı ılə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti