...

Ötən ay Azərbaycanda üç mina partlayışı hadisəsi qeydə alınıb

Hadisə Materials 6 Fevral 2009 10:48 (UTC +04:00)

Azərbaycan, Bakı, 06 fevral / Trend , müxbir K. Zərbalıyeva/ Ötən ay Azərbaycanda üç mina partlayışı hadisəsi qeydə alınıb.
Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin mətbuat xidmətindən cümə günü Trend -a verilən məlumata görə, mina partlayışları yanvarın 18-də Tərtər rayonun Toğana, yanvarın 28-də Füzuli rayonu Yuxarı Kürdmahmudlu, yanvarın 29-da Ağdam rayonu Evoğlu kəndi ərazisində baş verib.
Hadisələr zamanı 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Müxtəlif mənbələrə istinadən aparılan statistikaya görə, 2001-ci ilin sentyabrından 108 mina partlayışı nəticəsində 61 nəfər həlak olub, 143 nəfər müxtəlif dərəcəli xəsarət alıb.
Ötən ay 685 261 kvm (kvadrat metr) ərazi yoxlanılıb, mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənib. 6 902 PHS və mina aşkar edilərək zərərsizləşdirilib.
İndiyədək cəmi 79 386 078 kvm ərazi təmizlənib, 378 524 mina və PHS zərərsizləşdirilib.
Agentlik tərəfindən təmizləmə əməliyyatları Tərtər, Ağdam, Füzuli, Göygöl və Ağstafa rayonlarında aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti