...

Qusar rayonunda torpaq sürüşməsi baş verib

Hadisə Materials 15 Mart 2009 21:00 (UTC +04:00)

Azərbaycan, Xaçmaz, 15 mart / Trend , müxbir A.Qafarov/


Qusar rayonu Urva kəndinda torpag sürüshməsi baş verib. Torpar sürüşməsi nəticəsində yamacda tikilən 7 evə ziyan dəyib. Bunlardan 2 evə daha da ciddi ziyan dəyib. Aşmag təhlukəsi var. Bütövlukdə 7 evdə otuz sakin yaşayır. Evlərdəki sakinlər hələ köçürülməyiblər.

Qusar rayon fövgəladə hal komitəsi hadisə yerinə baxiş keçirib, və nişanlar qoyublar. Sürüşmənin davam edib etmədiyini müəyyən etmək ücün ora muşahidə aparatları yerləşdiriblər. Sürüşməyə səbəb isə davamlı yağan yağıntılar və bu yaxınlarda baş verən 3  balliq zəlzələ göstərilir.

Müəlliflə əlaqə saxlamaq üçün ünvan [email protected] 

Xəbər lenti

Xəbər lenti