Azərbaycan, Bakı, 24 sentyabr / Trend , müxbir E.İsmayılov /
Çərşənbə günü Bakıda Dübəndi limanından Gürcüstanın Poti limanı isdtiqamətində hərəkət edən altı mazut daşıyan sistern Keşlə qəsəbəsində relsdən çıxıb. Bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətinin başçısı Nadir Əzməmmədov bildirib.
"Vaqonlar yoldan çıxıb, lakin onların heç biri aşmayıb. Qatar maye yük ilə Dübəndidən müəssisəyə gedirdi", - Əzməmmədov bildirib.
Onun sözlərinə əsasən, hazırda yolda altı vaqondan yalnız üçünün götürülməyib. İlkin versiyaya əsasən, hadisə çarxların relsdən çıxması nəticəsində baş verib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]