...

Azərbaycanda dörd nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib

Hadisə Materials 5 Noyabr 2009 14:47 (UTC +04:00)
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən cümə axşamı Trend News-a verilən məlumata görə, Saatlı rayonu ərazisində, Saatlı-Becar yolunun 99-cu km-də Füzuli rayon sakini Həsən Babayev “QAZ-24” markalı avtomaşını idarə edərkən Saatlı rayon sakini Teyyub Ağayevin idarə etdiyi matovoza vurub.
Azərbaycanda dörd nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib

Azərbaycan, Bakı, 5 noyabr / Trend , muxbir K. Zərbalıyeva/

Azərbaycanın Saatlı rayonunda dörd nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən cümə axşamı Trend -a verilən məlumata görə, Saatlı rayonu ərazisində, Saatlı-Becar yolunun 99-cu km-də Füzuli rayon sakini Həsən Babayev "QAZ-24" markalı avtomaşını idarə edərkən Saatlı rayon sakini Teyyub Ağayevin idarə etdiyi matovoza vurub.

Qəza nəticədə Babayev və sərnişinləri, arvadı İradə, nəvəsi Sabir və Kəlbəcər rayon sakini Səyəddin Musayev hadisə yerində ölüb.

DİN Nəqliyyatda Baş Polis İdarəsi tərəfindən araşdırmalar aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti