Azərbaycan, Bakı, 12 noyabr / Trend , K.Zərbalıyeva/
Azərbaycan paytaxtında metro stansiyalarından birinə bomba qoyulması barədə yalan məlumat verən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən cümə axşamı Trend -a verilən məlumata görə, Baş Cinayət-Axtarış İdarəsi, Bakı şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarış İdarəsi və Ucar rayon polis şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 10-da metronun Əzizbəyov stansiyasına bomba qoyulması barədə yalan məlumat vermiş Kürdəmir rayon sakini Elşən Məmmədov tutulub.
Faktla bağlı cinayət işi başlanıb.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]