Bakıda silahlı insident baş verib

Hadisə Materials 21 Noyabr 2009 15:19 (UTC +04:00)
Hadisə gecə saat 01.30 radələrində Yasamal rayonu, Abdulla Şaiq küçəsində baş verib. Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Şahin Nurməmmədov güllə yarası ilə xəstəxanaya gətirilib. Aldığı xəsarət ağır olduğundan onun həyatını xilas etmək mümkün olmayıb.
Bakıda silahlı insident baş verib

Azərbaycan, Bakı, 21 noyabr / Trend , müxbir K.Zərbalıyeva/

Bakıda silahlı insident baş verib. Bu barədə şənbə günü Trend -a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Hadisə gecə saat 01.30 radələrində Yasamal rayonu, Abdulla Şaiq küçəsində baş verib. Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Şahin Nurməmmədov güllə yarası ilə xəstəxanaya gətirilib. Aldığı xəsarət ağır olduğundan onun həyatını xilas etmək mümkün olmayıb.

Hazırda hadisəni törədən şəxsin müəyyən edilərək tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Faktla bağlı Yasamal rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti