...

Azərbaycanda qarlı və şaxtalı hava şəraiti ilə əlaqədar dünən 6 yol qəzası qeydə alınıb

Hadisə Materials 27 Yanvar 2010 11:46 (UTC +04:00)
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) şöbə rəisi Ərəstun Məcidov çərşənbə günü Trend News-a bildirib ki, qeydə alınan qəzaların 2-si Bakıda, 2-si respublika əhəmiyyətli avtomobil yollarında, 1-i Gəncədə, 1-i Zaqatalada baş verib.
Azərbaycanda qarlı və şaxtalı hava şəraiti ilə əlaqədar dünən 6 yol qəzası qeydə alınıb

Azərbaycan, Bakı, 27 yanvar / Trend , muxbir K.Zərbalıyeva/

Azərbaycanda qarlı və şaxtalı hava şəraiti ilə əlaqədar dünən 6 yol qəzası qeydə alınıb.

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) şöbə rəisi Ərəstun Məcidov çərşənbə günü Trend -a bildirib ki, qeydə alınan qəzaların 2-si Bakıda, 2-si respublika əhəmiyyətli avtomobil yollarında, 1-i Gəncədə, 1-i Zaqatalada baş verib. Qəzalar zamanı 7 nəfər xəsarət alıb, ölən olmayıb. Baş vermiş bütün qəzalar fərdi nəqliyyat vasitələri ilə törədilib.

Məcidov deyib ki, respublikanın bütün rayonlarına gedən istiqamətlərdə avtomobil yolları açıqdır.

Onun sözlərinə görə, qismən dağlıq ərazilərdə yolun hərəkət hissəsi qarla örtülü olduğu üçün avtomobillərin hərəkətində müəyyən çətinliklər yaranır.

Yanvarın 25-dən başlayaraq Azərbaycanda hava şəraiti dəyişib, rayonlara və paytaxta qar yağıb, yollar buz bağlayıb. Qarlı və şaxtalı havaların yanvarın sonunadək davam edəcəyi proqnozlaşdırılır.

Xəbər lenti

Xəbər lenti