...

Azərbaycan paytaxtında yaşayış binasında partlayış baş verib, xəsarət alanlar var

Hadisə Materials 29 Yanvar 2010 18:16 (UTC +04:00)
Fövqəladə Hallar Nazirliyinin internet saytının məlumatına görə, Bakı şəhəri Nəsimi rayonunda beşmərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşən mənzillərdən birində baş vermiş partlayış zamanı həmin mənzildə mətbəxin pəncərəsi çərçivədən cıxaraq binanın qarşısında dayanmış "BMW" markalı avtomobilin üzərinə düşüb.
Azərbaycan paytaxtında yaşayış binasında partlayış baş verib, xəsarət alanlar var

Azərbaycan, Bakı, 29 yanvar / Trend , müxbir K.Zərbalıyeva/

Azərbaycan paytaxtında yaşayış binasında partlayış baş verib.

Fövqəladə Hallar Nazirliyinin internet saytının məlumatına görə, Bakı şəhəri Nəsimi rayonunda beşmərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşən mənzillərdən birində baş vermiş partlayış zamanı həmin mənzildə mətbəxin pəncərəsi çərçivədən cıxaraq binanın qarşısında dayanmış "BMW" markalı avtomobilin üzərinə düşüb.

Hadisə zamanı mənzildə olan 1 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb, qonşu mənzildə tavanın kiçik fraqmentləri qoparaq tökülüb və orada olan 1 nəfər bədən xəsarəti alıb.

Partlayış zamanı yanğın hadisəsi olmayıb.

İlkin ehtimala görə, partlayışa məişət qazının sızması səbəb olub.

Xəbər lenti

Xəbər lenti