...

Azərbaycanda yol qəzasında bir ailənin 3 üzvü həlak olub

Hadisə Materials 30 Yanvar 2010 13:13 (UTC +04:00)
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, Goranboy rayonunun Cinli-Borsunlu kəndi ərazisində Ağdaş rayon sakini Əlisa Cəfərov "VAZ-2106" markalı avtomobili idarə edərkən onu qarşıda gedən Balakişi Məmmədovun idarə etdiyi "QAZ-3307" markalı avtomobilə vurub.
Azərbaycanda yol qəzasında bir ailənin 3 üzvü həlak olub

Azərbaycan, Bakı, 30 yanvar / Trend , müxbir K.Zərbalıyeva/

Azərbaycanda yol qəzasında bir ailənin 3 üzvü həlak olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, Goranboy rayonunun Cinli-Borsunlu kəndi ərazisində Ağdaş rayon sakini Əlisa Cəfərov "VAZ-2106" markalı avtomobili idarə edərkən onu qarşıda gedən Balakişi Məmmədovun idarə etdiyi "QAZ-3307" markalı avtomobilə vurub.

Qəza zamanı Cəfərovun sərnişinləri, Şəki şəhər sakinləri Bəxtiyar Məmmədov, onun oğulları Eynulla və Bəhruz hadisə yerində ölüb.

Cəfərov isə ağır bədən xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Xəbər lenti

Xəbər lenti