...

Sumqayıtda silahlı insident baş verib: bir nəfər ölüb, bir nəfər yaralanıb

Hadisə Materials 20 Fevral 2010 13:08 (UTC +04:00)
Şənbə günü səhər Sumqayıt şəhərində silahlı insident baş verib. Nəticədə 1985-ci il təvəllüdlü gənc ölüb, onun atası isə ağır yaralanıb.
Sumqayıtda silahlı insident baş verib: bir nəfər ölüb, bir nəfər yaralanıb

Azərbaycan, Bakı, 20 fevral / Trend , müxbir K.Zərbalıyeva/

Şənbə günü səhər Sumqayıt şəhərində silahlı insident baş verib. Nəticədə 1985-ci il təvəllüdlü gənc ölüb, onun atası isə ağır yaralanıb.

DİN-nin mətbuat xidmətindən Trend -a verilən məlumata görə, saat 07:45-də iki naməlum şəxs Makarov tipli silahdan atəş açaraq 1985-ci il təvəllüdlü Vüqar Balayevi qətlə yetiriblər. Onun atası 1957-ci il təvəllüdlü İsmayıl Balayev onlara müqavimət göstərib. Nəticədə, o da ayağından ağır xəsarət alıb. Yaralandığına baxmayaraq, o, cinayətkarlardan silahı almağa nail olub.

İsmayıl Balayev Sumqayıtdakı mərkəzi kliniki xəstəxananın reanimasiya şöbəsinə çatdırılıb. Yaralı ağır vəziyyətdə olduğu üçün polis hələlik onun ifadəsini ala bilməyib.

Fakt üzrə "qəsdən adam öldürmə" və "silah daşıma və ağır xəsarət yetirmə" maddələri ilə cinayət işi açılıb.

Hazırda cimayətkarların şəxsiyyəti dəqiqləşdirilir.

Xəbər lenti

Xəbər lenti