...

Bakıda uçmuş bina qəza vəziyyətində olub - FHN (ƏLAVƏ OLUNUB)(FOTO)

Hadisə Materials 12 Mart 2010 16:23 (UTC +04:00)
Bakının Binəqədi rayonunda Rəsuzadə qəsəbəsi, Əli-Məmməd küçəsi, 10/11 ünvanında yerləşən ikimərtəbəli yaşayış binası uçub. Bu barədə Trend News-a cümə günü Binəqədi rayon Polis İdarəsindən məlumat verilib.
Bakıda uçmuş bina qəza vəziyyətində olub - FHN (ƏLAVƏ OLUNUB)(FOTO)

RED. əlav.: sonuncu abzas əlavə olunub

Azərbaycan, Bakı, 12 mart / Trend , müxbir T. Hacıyev/

Bakının Binəqədi rayonunda Rəsuzadə qəsəbəsi, Əli-Məmməd küçəsi, 10/11 ünvanında yerləşən ikimərtəbəli yaşayış binası uçub. Bu barədə Trend -a cümə günü Binəqədi rayon Polis İdarəsindən məlumat verilib.

Hazırda Fövqəladə Hallar Nazirliyinin və rayon Polis İdarəsinin əməkdaşları hadisə yerindədir.

İlkin məlumatlara görə, insan tələfatı yoxdur.

"1946-cı ildə tikilmiş bu binada 11 ailə, cəmi 31 sakin yaşayıb. Sakinlərin hamısı evakuasiya olunub. Fövqəladə Hallar Nazirliyi binanın qəza vəziyyətində olması barədə sakinləri qabaqcadan xəbərdar etmişdi", - Trend -a hazırda hadisə yerində olan FHN əməkdaşı bildirib.

Xəbər lenti

Xəbər lenti