...

Bakıda MKTİ rəisinə silahlı hücum olub

Hadisə Materials 15 Mart 2010 12:01 (UTC +04:00)
Bazar ertəsi səhər Bakıda Qaradağ Rayonu İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İdarəsinin (MKTİ) rəisinə silahlı hücum edilib.
Bakıda MKTİ rəisinə silahlı hücum olub

Bakıda MKTİ rəisinə silahlı hücum olub

Azərbaycan, Bakı, 15 mart / Trend , müxbir K.Zərbalıyeva/

Bazar ertəsi səhər Bakıda Qaradağ Rayonu İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İdarəsinin (MKTİ) rəisinə silahlı hücum olub.

Bakı sakini Ramiz Cəbrayılov sərxoş vəziyyətdə MKTİ rəisi Rasim Əhmədovun kabinetinə daxil olaraq, onu qumbara ilə hədələyib və özünə vəzifə verilməsini tələb edib. Bu barədə Trend -a Qaradağ rayon prokuroru Tariyel Qurbanov məlumat verib. Onun sözlərinə görə, Cəbrayılov həmin rayondakı hamamlardan birinə rəhbərlik edib və MKTİ rəisindən onu əvvəlki vəzifəsinə qaytarmağı tələb edib.

Cəbrayılov saxlanılıb. Fakt üzrə Azərbaycan CM-in 228-ci maddəsi (odlu silahın, onun hissələrinin, hərbi sursat, partlayıcı maddə və partlayıcı qurğuların qanunsuz olaraq əldə edilməsi, ötürülməsi, satışı, saxlanması, daşınması və ya gəzdirilməsi) üzrə cinayət işi qaldırılıb.

Xəbər lenti

Xəbər lenti