...

Xəzərin İran hissəsində 5 balıqçı itkin düşüb

Hadisə Materials 17 Mart 2010 11:51 (UTC +04:00)
Ötən gecə Xəzərin İrana aid hissəsində Mazandaran əyalətinin Babulsər şəhəri yaxınlığında 5 balıqçı itkin düşüb.
Xəzərin İran hissəsində 5 balıqçı itkin düşüb

Azərbaycan, Bakı, 17 mart / Trend , müxbir T.Cəfərov/

Ötən gecə Xəzərin İrana aid hissəsində Mazandaran əyalətinin Babulsər şəhəri yaxınlığında 5 balıqçı itkin düşüb. Bu barədə Trend İran televiziyasının rəsmi xəbər saytına istinadən məlumat yayıb.

İranın Mazandaran əyalətinin balıqçılıq üzrə mühafizə xidmətindən bildiriblər ki, balıqçılar standart olmayan üzücü vasitələrlə (balaca qayıqlarla) balıq ovuna çıxdıqları üçün havanın dəyişməsi nəticəsində itkin düşüblər.

O əlavə edib ki, mühafizə xidmətinin əməkdaşları hazırda itkin düşmüş balıqçıların axtarışını davam etdirir.

Bazar günü də qanunsuz balıq ovuna çıxmış 15 nəfər həmin regionda itkin düşmüş və uzunmüddətli axtarışlardan sonra xilas olmuşdular.

Xəbər lenti

Xəbər lenti