...

Azərbaycan DİN-i İçəri şəhərdə baş verən yanğında ölənlərin adlarını açıqlayıb (YENİLƏNİB - FOTO)

Hadisə Materials 28 Mart 2010 14:03 (UTC +04:00)
Bakının İçəri Şəhərdə Böyük Qala 16 ünvanında yerləşən üç mərtəbəli yaşayış binasında baş verən yanğın nəticəsində iki nəfər ölüb. Bu barədə bazar günü Trend News-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbərinin müavini Ehsan Zahidov məlumat verib.
Azərbaycan DİN-i İçəri şəhərdə baş verən yanğında ölənlərin adlarını açıqlayıb (YENİLƏNİB - FOTO)

RED. əlavəsi: ölənlərin adları açıqlanıb

Azərbaycan, Bakı, 28 mart / Trend , müxbir R. Cəfərov/
 
Bakının İçəri Şəhərdə Böyük Qala 16 ünvanında yerləşən üç mərtəbəli yaşayış binasında baş verən yanğın nəticəsində iki nəfər ölüb. Bu barədə bazar günü Trend -a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbərinin müavini Ehsan Zahidov məlumat verib.

Onun sözlərinə görə, yanğın dünən 21:00 radələrində baş verib. Yanğın nəticəsində 5 mənzildən ibarət üç mərtəbəli yaşayış binasının bütün yanar konstruksiyaları , binanın içərisində olan əşyalar tamamilə yanıb. 

Zahidovun sözlərinə görə, hadisə nəticəsində 1937 - ci il təvəllüdlü Elmira Axundova  və əri, 1925-ci il təvəllüdlü Akif  Əhmədov ölüblər. Faktla bağlı araşdırma aparılır. 

Hadisə yerinə 20-ə yaxın yanğınsöndürmə maşını və 6 təcili tibbi yardım maşını gəlib.

Xəbər lenti

Xəbər lenti