...

Qırğızıstanda iğtişaşlar zamanı xəsarət almış azərbaycanlının adı açıqlanıb (YENİLƏNİB)

Hadisə Materials 20 Aprel 2010 11:23 (UTC +04:00)

RED: ikinci abzasdan sonra əlavə olunub

Azərbaycan, Bakı, 20 aprel /Trend, müxbir S.Ağayeva/

Bişkek ətrafındakı Mayovka kəndində iğtişaşlar zamanı azərbaycanlı Əhməd Xəlil oğlu Həbibov (1954-cü ildə anadan olub) xəsarət alıb. Bu barədə Trend-ə çərşənbə axşamı Azərbaycanın Qırğızıstandakı Səfirliyinin müşaviri İlqar Cabbarov məlumat verib.

"Digər üç azərbaycanlı yüngül xəsarət alıb", - müşavir deyib.

Bazar ertəsi Qırğızıstan paytaxtının ətrafını iğtişaşlar bürüyüb. İğtişaşlar Mayovka kəndində qırğınlarla müşayiət olunub. Naməlum gənclər kəndlilərə məxsus torpaqları zəbt edərək, onları öz aralarında bölməyə başlayıblar. Torpaq sahibləri (əsasən, etnik Axıska türkləri) basqınçıların hücumlarını dəf ediblər, - "Ferqana.Ru" yazır.

Diplomatın sözlərinə görə, Həbibov işdən evə gedərkən yolda iğtişaşları törədənlərlə rastlaşıb. Zərərçəkmiş kəllə-beyin xəsarəti və əl barmaqlarının sınığı ilə xəstəxanaya yerləşdirilib. Həkimlər onun vəziyyətini orta ağırlıqda qiymətləndirir.

"Digər üç azərbaycanlı tibbi yardım göstərildikdən sonra evə buraxılıb", - Cabbarov bildirib.

"Mayovka kəndində iğtişaşlar faktı üzrə cinayət işi qaldırılıb, istintaq aparılır", - diplomat deyib.

İğtişaşlar zamanı 30-dan çox adam xəsarət alıb, 5 nəfər həlak olub. "Həlak olanların arasında azərbaycanlı yoxdur", - Cabbarov bildirib.

Xəbər lenti

Xəbər lenti