...

Azərbaycanın İsmayıllı rayonuna sel sularının vurduğu ziyanın aradan qaldırılması üçün tədbirlər görülür - FHN

Hadisə Materials 17 May 2010 11:28 (UTC +04:00)
Rayon icra hakimiyyəti başçısının müavini, fövqəladə hallar komissiyasının sədri Rəfael Əhmədov bazar ertəsi Trend-ə bildirib ki, yağan güclü yağışlar nəticəsində rayonun Balik, Enişdibi, Kürtmaşı və Kəlbənd kəndlərində 22 evi su basıb, həyətyanı sahələr və əkin sahələrinə ciddi ziyan dəyib.
Azərbaycanın İsmayıllı rayonuna sel sularının vurduğu ziyanın aradan qaldırılması üçün tədbirlər görülür - FHN

Azərbaycan, Bakı, 17 may /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanın İsmayıllı rayonuna mayın 16-da yağan güclü yağışların vurduğu ziyanın nəticələrini aradan qaldırmaq üçün müvafiq işlər görülür.

Rayon icra hakimiyyəti başçısının müavini, fövqəladə hallar komissiyasının sədri Rəfael Əhmədov bazar ertəsi Trend-ə bildirib ki, yağan güclü yağışlar nəticəsində rayonun Balik, Enişdibi, Kürtmaşı və Kəlbənd kəndlərində 22 evi su basıb, həyətyanı sahələr və əkin sahələrinə ciddi ziyan dəyib.

Hazırda güclü yağışın vurduğu ziyanın fəsadlarının qarşısını almaq üçün təxirəsalınmaz tədbirlər görülür.

Əhmədov bildirib ki, evlərini su basmış sakinlərə vurulan ziyanın hesablanması üçün Fövqəladə Hallar Nazirliyinə və Nazirlər Kabinetinə müraciət olunub. Müvafiq qurumların qərarından sonra, evlərin su basmış sakinlərə kompensasiya verilməsi məsələsinə baxılacaq.

Əhmədov qeyd edib ki, yağış nəticəsində Qalacıq, İstisu və Çayqovuşan kəndlərini rayonla birləşdirən körpü zədələnib və həmin kəndlərin rayonla əlaqəsində problemlər yaranıb.

Hazırda həmin körpünün bərpası işləri aparılır və günün sonuda körpü istifadəyə veriləcək.

Xəbər lenti

Xəbər lenti