...

Bakı - Gürcüstan istiqamətində hərəkət edən yanacaqdaşıyan qatarda yanğın baş verib - FHN

Hadisə Materials 17 May 2010 14:56 (UTC +04:00)
Azərbaycanın Yevlax rayonunun Qarxun kəndində (rayon mərkəzindən 5 km aralı) Bakı - Gürcüstan istiqamətində hərəkət edən 35 çəndən ibarət yanacaqdaşıyan qatarın Gəncə lokomotiv deposuna məxsus 1443 saylı elektrovozunun mühərrik hissəsi yanıb. Bu barədə bazar ertəsi Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytı məlumat yayıb.
Bakı - Gürcüstan istiqamətində hərəkət edən yanacaqdaşıyan qatarda yanğın baş verib - FHN

Azərbaycan, Bakı, 17 may /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanın Yevlax rayonunun Qarxun kəndində (rayon mərkəzindən 5 km aralı) Bakı - Gürcüstan istiqamətində hərəkət edən 35 çəndən ibarət yanacaqdaşıyan qatarın Gəncə lokomotiv deposuna məxsus 1443 saylı elektrovozunun mühərrik hissəsi yanıb. Bu barədə bazar ertəsi Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytı məlumat yayıb.

Yanacaqladolu çənlər yanğınsöndürənlər tərəfindən yanğındanmühafizə olunub. Yanğın saat 21:52-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Xəbər lenti

Xəbər lenti