...

Azərbaycan Ordusunun əsgəri iki hərbçi yoldaşını öldürüb və özünü intihar edib - Müdafiə Nazirliyi

Hadisə Materials 30 İyun 2010 14:23 (UTC +04:00)
Müdafiə Nazirliyi mətbuat xidmətindən çərşənbə günü Trend-ə verilən məlumata görə, iyun ayının 29-u saat 19:30 radələrində Müdafiə Nazirliyi "N" saylı hərbi hissələrinin birində əsgər Məmmədrzayev Cəfər Sərdar oğlu avtomat silahından atəş acaraq iki əsgəri - Qəhrəmanov İlkin Allahverdi oglunu və Əliyev Elvin İlkin oglunu qətlə yetirib. Digər əsgər - Musayev Asif İlham oğlunu isə yaralayıb.
Azərbaycan Ordusunun əsgəri iki hərbçi yoldaşını öldürüb və özünü intihar edib - Müdafiə Nazirliyi

Azərbaycan, Bakı, 30 iyun /Trend, müxbir K. Zərbalıyeva/

Azərbaycan Ordusunun əsgəri iki əsgər yoldaşını öldürüb və özünü  intihar edib.

Müdafiə Nazirliyi mətbuat xidmətindən çərşənbə günü Trend-ə verilən məlumata görə, iyun ayının 29-u saat 19:30 radələrində Müdafiə Nazirliyi "N" saylı hərbi hissələrinin birində əsgər Məmmədrzayev Cəfər Sərdar oğlu avtomat silahından atəş acaraq iki əsgəri - Qəhrəmanov İlkin Allahverdi oglunu və Əliyev Elvin İlkin oglunu qətlə yetirib. Digər əsgər - Musayev Asif İlham oğlunu isə yaralayıb.

Sonda əsgər Məmmədrzayev Cəfər Sərdar oğlu intihar edib.

Müdafiə nazirinin göstərişi ilə bir qrup idarə rəisi hadisəni araşdırmaq ücün dərhal həmin hərbi hissəyə ezam edilib.

Respublika Hərbi Prokurorlugu faktla bağlı cinayət işi qaldırıb. Hadisənin başvermə səbəbləri hələlik məlum deyil. Araşdırmanın nəticəsi barədə əlavə məlumat veriləcək.

Xəbər lenti

Xəbər lenti