...

Azərbaycanda ağır yol qəzası baş verib - iki nəfər ölüb, üçü isə xəsarət alıb

Hadisə Materials 6 İyul 2010 13:42 (UTC +04:00)
Azərbaycanda baş verən ağır yol qəzası nəticəsində iki nəfər ölüb, üçü isə xəsarət alıb.
Azərbaycanda ağır yol qəzası baş verib - iki nəfər ölüb, üçü isə xəsarət alıb

Azərbaycan, Bakı, 6 iyul /Trend, müxbir T.Hacıyev/

Azərbaycanda baş verən ağır yol qəzası nəticəsində iki nəfər ölüb, üçü isə xəsarət alıb.

Daxili İşlər Nazirliyi (DİN) mətbuat xidmətinin çərşənbə axşamı yaydığı məlumata görə, Şəki şəhərinin Biləcik kənd ərazisində Baba Babayev "Mercedes" markalı avtomaşını idarə edərkən onu aşırıb. Nəticədə, Babayev və bacısı Ayan hadisə yerində ölüb, xəsarət almış sərnişinlər - Cəlilabad rayon sakini Nərgiz Muradova, Aytac Muradova və Aydan Muradova isə xəstəxanaya yerləşdiriliblər, vəziyyətləri orta-ağırdır.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti