...

Müdafiə Nazirliyinə məxsus Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində yanğın baş verib - 50 müdavim təxliyyə olunub

Hadisə Materials 26 İyul 2010 14:51 (UTC +04:00)
Fövqəladə Hallar Nazirliyinin internet saytının bazar ertəsi yaydığı məlumata görə, dördmərtəbəli kazarma binasının 4-cü mərtəbəsində, ümumi sahəsi 60 kvadratmetr olan yataq otağının yanar konstruksiyaları içərisindəki əşyalarla birlikdə yanıb.
Müdafiə Nazirliyinə məxsus Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində yanğın baş verib - 50 müdavim təxliyyə olunub

Azərbaycan, Bakı, 26 iyul /Trend, müxbir K.Zərbalıyeva/

Müdafiə Nazirliyinə məxsus Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində yanğın olub.

Fövqəladə Hallar Nazirliyinin internet saytının bazar ertəsi yaydığı məlumata görə, dördmərtəbəli kazarma binasının 4-cü mərtəbəsində, ümumi sahəsi 60 kvadratmetr olan yataq otağının yanar konstruksiyaları içərisindəki əşyalarla birlikdə yanıb.

Yanğın zamanı 50 müdavim yanğınsöndürənlər tərəfindən təxliyyə olunub. Bina  yanğından  mühafizə olunub.

Xəbər lenti

Xəbər lenti