...

Bakının Dövlət Bayrağı Meydanında partlayıcı qurğunun aşkarlandığı barədə məlumat daxil olub

Hadisə Materials 4 Sentyabr 2010 13:52 (UTC +04:00)
Bakı şəhərinin Səbail rayonunda yerləşən Dövlət Bayrağı Meydanında partlayıcı qurğunun aşkarlanması barədə məlumat daxil olub.
Bakının Dövlət Bayrağı Meydanında partlayıcı qurğunun aşkarlandığı barədə məlumat daxil olub

Azərbaycan, Bakı, 4 sentyabr /Trend, müxbir H.Bağırov/

Bakıda yerləşən Dövlət Bayrağı Meydanında partlayıcı qurğunun aşkarlanması barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyinin rəsmi internet saytının şənbə günü yaydığı məlumata görə,  nazirliyin müvafiq qurumlarının mütəxəssisləri dərhal lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilib, aidiyyəti orqanlar məlumatlandırılıb.

Hadisə yerinə baxış keçirilərkən aşkarlanmış şübhəli əşyanın 2 ədəd istifadəyəyararlı fişəng atımı olduğu müəyyən edilib.

Əraziyə xilasedicilər tərəfindən təkrar baxış keçirilib və digər şübhəli əşyanın olmadığı müəyyənləşdirilib. Xilasedicilər aşkarlanmış 2 ədəd fişəng atımını aidiyyəti üzrə təhvil verilməsini təmin ediblər. Əməliyyat saat 17:43-də başa çatıb.

Xəbər lenti

Xəbər lenti