...

Bakıda "Radioquraşdırma" Zavodunda partlayış baş verib, bir nəfər xəsarət alıb

Hadisə Materials 13 Oktyabr 2010 10:36 (UTC +04:00)
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Bakıda "Radioquraşdırma" Zavodunda partlayış baş verib, bir nəfər xəsarət alıb

Azərbaycan, Bakı, 13 oktyabr /Trend, müxbir K. Zərbalıyeva/

Bakıda "Radioquraşdırma" Zavodunda partlayış baş verib.

Xətai Rayon Prokurorluğundan çərşənbə günü Trend-ə verilən məlumata görə, ötən gün Bakının Xətai rayonunda - R.Quliyev küçəsində yerləşən zavodda naməlum maddənin partlaması nəticəsində fəhlə, 29 yaşlı Musayev Ramiz Cavid oğlu qarın nahiyəsindən və hər iki qolundan xəsarət alıb. Musayev ağır vəziyyətdə xəstəxanaya aparılıb.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti