...

Ali Hərbi Təyyarəçilik Məktəbinin kursantı bıçaqlanıb

Hadisə Materials 24 Yanvar 2011 16:01 (UTC +04:00)
Hərbi mənbədən bazar ertəsi Trend-ə verilən məlumata görə, yanvarın 23-də saat 18:00 radələrində ali məktəbin 2-ci kursunda təhsil alan, Xəzər rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılmış Cəlilov Əfsun Firudin oğlu Gədəbəy rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılmış Alməmmədov Mikayıl Azər oğlunu bıçaqlayıb.
Ali Hərbi Təyyarəçilik Məktəbinin kursantı bıçaqlanıb

Azərbaycan, Bakı, 24 yanvar /Trend, müxbir K.Zərbalıyeva/

Ali Hərbi Təyyarəçilik Məktəbinin kursantları arasında bıçaqlanma olub.

Hərbi mənbədən bazar ertəsi Trend-ə verilən məlumata görə, yanvarın 23-də saat 18:00 radələrində ali məktəbin 2-ci kursunda təhsil alan, Xəzər rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılmış Cəlilov Əfsun Firudin oğlu Gədəbəy rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılmış Alməmmədov Mikayıl Azər oğlunu bıçaqlayıb.

Hadisə ali məktəbin ərazisindən kənarda baş verib. Hadisəyə kursantlar arasındakı mübahisə səbəb olub. Qarın boşluğundan ağır xəsarət alan Alməmmədov xəstəxanaya çatdırılıb.

Cəlilov şübhəli şəxs qismində saxlanılıb və barəsində cinayət işi başlanıb. İstintaq aparılır.

Müdafiə Nazirliyindən hadisə ilə bağlı məlumat almaq mümkün olmayıb.

Xəbər lenti

Xəbər lenti