...

Türkiyədəki yol qəzasında xəsarət almış Azərbaycan vətəndaşlarının adları açıqlanıb (ƏLAVƏ OLUNUB)

Hadisə Materials 31 Yanvar 2011 13:10 (UTC +04:00)
Ötən gecə Türkiyədə baş vermiş avtobus qəzası nəticəsində zərər çəkən Azərbaycan vətəndaşları yüngül xəsarət alıblar. Bu barədə Trend-ə bazar ertəsi Azərbaycanın Türkiyədəki səfirliyindən məlumat verilib.
Türkiyədəki yol qəzasında xəsarət almış Azərbaycan vətəndaşlarının adları açıqlanıb (ƏLAVƏ OLUNUB)

Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 12:34-də yayılıb).

Azərbaycan, Bakı, 31 yanvar /Trend, müxbir S.Ağayeva/

Ötən gecə Türkiyədə baş vermiş avtobus qəzası nəticəsində zərər çəkən Azərbaycan vətəndaşları yüngül xəsarət alıblar. Bu barədə Trend-ə bazar ertəsi Azərbaycanın Türkiyədəki səfirliyindən məlumat verilib.

Diplomatik missiyadan bildirilib ki, avtobus Naxçıvan-İqdır-İstanbul marşrutu üzrə hərəkət edirmiş.

Bir az əvvəl "Sabah" qəzeti Türkiyədə baş vermiş avtobus qəzası nəticəsində iki Azərbaycan vətəndaşının yaralandığını xəbər verib. Qəzetin yazdığına görə, onların vəziyyəti ağırdır.

Bazar günü gecə Türkiyədə baş vermiş yol qəzası zamanı avtobusda 31 Azərbaycan vətəndaşı olub. Bu barədə bazar ertəsi Trend-ə Azərbaycanın Türkiyədəki səfirliyinin konsulu Şöhrət Mustafayev deyib.

Onun sözlərinə görə, altı nəfər orta-ağır dərəcəli yara alıb: Dürdanə Şükürova (ağ ciyər zədəsi), Araz Cəfərov (baş zədəsi), Eyvaz Abdullayev (pəncə zədəsi), Rəşad Həmidov (baş zədəsi), Ramin Həmidov (qarın nahiyəsinin zədəsi), Aysu Mirzəyeva (üz zədəsi). Konsulun sözlərinə görə, xəsarət alanların həyati təhlükəsi yoxdur.

Onun sözlərinə görə, ilk tibbi yardım göstərildikdən sonra altı yaralının hamısı Sivas Tibb Universitetinə çatdırılıb və onlar orada tomoqrafiyadan keçəcəklər.

Trend-in "Sabah" qəzetinə istinadən verdiyi məlumata görə, Azərbaycandan və Türkiyənin İğdır şəhərindən götürdüyü sərnişinləri İstanbula daşıyan avtobus Sivasın Koyulhisar qəsəbəsində aşıb. Hadisənin yolun buz bağlaması səbəbindən baş verdiyi bildirilir.

Xəbər lenti

Xəbər lenti